Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqladı

Kriminal

09 Mart 2022 00:32 4297


Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.

Belə ki, həyat yoldaşı N. J tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Marqarita pizza

Lakin hüquq mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.

Daha sonra 34-cü polis bölməsinin həyətində N.H ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!