Bakıda qadını şantaj edən şəxs tutulub.
Yenisabah.az DİN-ə istinadla “Report” xəbər verir ki, paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4 min 500 manat pul tələb etdiyini bildirib.
Şantajda şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı saxlanılıb. pizza mizza
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Telegram kanalımız