Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.
Bu barədə “Yeni Sabah”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb. pizza sifarişi
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.
Telegram kanalımız