Bakı şəhərinin Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilərək parklanma yerinin yaradılması sosial şəbəkələrdə etiraz doğurub. Xəbərin ictimailəşməsindən sonra Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz parkinqin qarşısının alınması barədə açıqlama yayıb.
Meriyanın yaydığı məlumatda bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnika və canlı qüvvəsi cəlb olunub, qısa müddət ərzində qanunsuz parkinq sökülüb. Dominos pizza
Qeyd edək ki, şəhərin mərkəzi hissəsində parkinqin salınması zamanı ağacların kəsilməsi ilə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.
Modern.az ərazidən fotoları təqdim edir:
Telegram kanalımız