Bakıda qarajda yanğın:   Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qarajda yanğın: Ölən var

Hadisə

01 May 2024 23:18 511


Bakıda qarajda yanğın olub, ölən var.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Səbail rayonunda ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb. pizza hut

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!