Bakıda qatarın vurub öldürdüyü qız məktəbli imiş

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qatarın vurub öldürdüyü qız məktəbli imiş

Hadisə

12 Sentyabr 2024 18:17 541


Bakıda qatarın vurub öldürdüyü qadının kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 15 yaşlı Mədinə Məmmədlidir.

Onun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir. Dominos pizza

Xatırladaq ki, hadisə dünən Bakı-Pirşağı-Sumqayıt qatar reysinin Zabrat qəsəbəsindən keçən hissəsində baş verib. Sürət qatarı hərəkətdə olarkən qatar yoluna qəfil çıxan bir qadını vurub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!