Bakıda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert keçirildi - Fotolar

Bakıda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert keçirildi - Fotolar

Mədəniyyət Veb saytların hazırlanması

04 Dekabr 2023 22:07 2547


Azərbaycanda keçirilən Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert baş tutub.

Yenisabah.az xəbər verir ki, qala konsertdən öncə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel və digər rəsmilər qazax mədəniyyətini özündə əks etdirən sərgi ilə tanış olublar.

Qazaxıstanın mədəniyyət naziri xanım Aida Balayeva Milli Məclisin sədri Sahibə Qafarovaya Xurşidbanu Natəvanın xalça üzərində çəkilmiş rəsmini hədiyyə edib.

Daha sonra konsert proqramı təqdim edilib.

Qala konsertdə qazax milli musiqisini və mədəniyyətini özündə əks etdirən rəngarəng kompozisiyalar nümayiş olunub.

 

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!