Azərbaycanın 200 sənətçisi bu ölkəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın 200 sənətçisi bu ölkəyə gedir

Mədəniyyət

26 Noyabr 2026 01:24 47


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 30-dan dekabrın 7-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqram Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərini – muğam və klassik musiqini, cazı, teatr və kino sənətini, müasir təsviri incəsənəti əhatə edəcək. Tədbirlər çərçivəsində qadınların mədəniyyətin və ictimai fikrin inkişafındakı roluna da xüsusi diqqət yetiriləcək. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycanın maarifçi qadınlarının irsi və müasir qadın rəssamların yaradıcılığı təqdim olunacaq. Elektronika məhsulları

“Tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdən 200-dən çox mədəniyyət nümayəndəsinin – musiqiçi, aktyor, yazıçı, rəssam və yaradıcı sənaye təmsilçisinin daxil olduğu nümayəndə heyəti Özbəkistana səfər edəcək”, - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!