Bakıda qeyri-adi fırıldaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qeyri-adi fırıldaq

Kriminal

04 Fevral 2019 12:41 1063


Paytaxtın Xətai rayonunda hovuz aksesuarları mağazasında işləyən Bayram Əsədliyə fırıldaq gələrək xeyli malını ələ keçiriblər.

Bir nəfər hovuz aksesuarları mağazasına zəng edərək məhsul sifariş verib. Mağaza sahibinə deyib ki, məhsulları tanış sürücü ilə yola sal, pulunu ödəyəcəm. Dükan sahibi dırnaqarası müştərinin dediyi kimi edib, amma nəticə tamam fərqli olub. Sifarişçi malı qəbul edərək aradan çıxıb.

Mağaza sahibi onun su almaq adı ilə girdiyi dükanda kameraya düşmüş görüntülərini əldə etdiyini iddia edir. O bu görüntülər vasitəsilə fırıldaqçının tezliklə tapılacağına ümid edir. pizza

Mağaza sahibi hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına da müraciət edib.

Xezerxeber.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!