Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Marqarita pizza
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Telegram kanalımız