Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.
Yenisabah.az xəbər verir ki, "Report"un əldə etdyi məlumata görə, 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.
Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb. pizza hut
Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Telegram kanalımız