Bakıda şagirdi təhqir edən müəllimə töhmət verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şagirdi təhqir edən müəllimə töhmət verildi

Sosial

25 Yanvar 2024 16:41 509


Bakıda şagirdə qarşı kobud davranan müəllimə töhmət verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə 317 nömrəli tam orta məktəbdən məlumat verilib.

Ötən ilin noyabr ayında məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib: Pepperoni pizza

"Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb".

Sosial şəbəkədə həmin məktəbin müəlliminin şagirdlə kobud davranışını özündə əks etdirən görüntülər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!