Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu - AÇIQLAMA

Hadisə

30 Mart 2025 12:07 265


45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu qəzaya düşüb.

Yenisabah.az xəbər verir ki, 45 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov "Unikal"a açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb "Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış  keçirilib. Xəsarət alan olmayıb".

*** Dördpendirli pizza

17:13

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu iki "Hyundai" markalı avtomobillə toqquşub.

Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!