Bakıda sərnişin taksi sürücüsünu qarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərnişin taksi sürücüsünu qarət etdi

Kriminal

13 İyun 2022 13:36 1190


Bakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 11-də Bakıxanov qəsəbəsində Bakı şəhər sakin N.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən bir nəfərin onun mobil telefonunu danışmaq adı ilə alıb avtomobildən düşərək qaçması barədə müraciət daxil olub. Marqarita pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa və soyğunçuluğa görə məhkum olunmuş T.Babayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!