Bakıda sevgilisinə qarşı dələduzluq edən qadın məhkəmə zalında həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sevgilisinə qarşı dələduzluq edən qadın məhkəmə zalında həbs olundu

Kriminal

16 Noyabr 2022 16:09 959


Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sevinc Bədəlovaya hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Sevinc Bədəlova məhkəmə zalında həbs edilib. pizza sifarişi

Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində dövlət qurumlarının birində çalışan Adəm Mirzəyev tanınır.

S.Bədəlova A.Mirzəyevin yaşadığı binanın yaxınlığındakı gözəllik salonunda çalışıb və daha sonra onlar yaxından tanış olublar.

İttihama əsasən, S.Bədəlova sevgilisi A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, həmin əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A.Mirzəyevdən 434 min manat pul alıb.

Aldadıldığını görən A.Mirzəyev qadınla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə S.Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!