Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.
Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı Baş nazirinin müavini Aleksandr Novak və İranı yollar və şəhərsalma naziri Rüstəm Qasemi təmsil edir.
Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib. Dominos pizza
Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
Telegram kanalımız