Bakıda şirkət binasının qarovulçusu faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şirkət binasının qarovulçusu faciəli şəkildə öldü

Hadisə

03 Dekabr 2019 07:14 1060


Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb.

“Yeni Sabah”ın "Report"a istinadən xəbərinə görə, hadisə dekabrın 2-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Canpolad Qurbanov qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib. pizza

Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!