26 May - 11:52
Bakıda şirkət əməkdaşı qəza törətdi:  3 nəfər öldü

Bakıda şirkət əməkdaşı qəza törətdi: 3 nəfər öldü

Hadisə

19 Yan 2022 10:25


Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Youtube kanalımız


Digər xəbərlər