Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu

Kriminal

29 İyul 2026 17:09 105


Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Dominos pizza

Ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!