Bakıda sulu qar, rayonlarda qar - Sabahın proqnozu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sulu qar, rayonlarda qar - Sabahın proqnozu

Sosial

05 Fevral 2022 12:28 9249


Milli Hidrometeorologiya Xidməti fevralın 6-a olan hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 5-dən 6-na keçən gecə yağışın bəzi yerlərdə sulu qara keçəcəyi, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda gecə  0-2° isti, gündüz 7-9° isti olacaq.  Sezar pizza

Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək.   

Nisbi rütubət 80-90 %, gündüz 60-70  % olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün  əlverişsizdir. 

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz, lakin gecə və səhər  bəzi yerlərdə arabir yağıntılı  olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  0-5° şaxta, gündüz  7-10° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz  0-5° şaxta olacaq.    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!