Bakıda sürücü lal piyadanı maşınla vurub naməlum istiqamətə apardı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürücü lal piyadanı maşınla vurub naməlum istiqamətə apardı

Hadisə

08 Dekabr 2019 20:36 1139


Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində “VAZ-2107” markalı avtomobil 45 yaşlı Akif Əzimovu vuraraq xəsarət yetirib. Yaralının yaxınlarının dediyinə görə, hadisəni törədən sürücü yaralı A.Əzimovu avtomobilinə mindirərək naməlum istiqamətə aparıb. Zərərçəkənin qohumları bildiriblər ki, paytaxtın xəstəxanalarına, morqlara və polis idarələrinə müraciət etsələr də, heç bir yerdən A.Əzimovla bağlı məlumat ala bilməyiblər. Pepperoni pizza

Hazırda yaxınları A.Əzimovun axtarışına başlayıblar.

Yol-nəqliyyat hadisəsində xəsarət alan A.Əzimovun nitq qüsurlu olduğu bildirilir. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!