Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edildi

Kriminal

12 Mart 2025 19:30 836


Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.

Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. Toyuqlu pizza

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!