Bakıda taksi fəaliyyəti ilə bağlı yeni qərar: İki ay vaxt verildi   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksi fəaliyyəti ilə bağlı yeni qərar: İki ay vaxt verildi - RƏSMİ

Sosial

22 Fevral 2022 18:59 1750


Bakıda taksi fəaliyyəti yeni qaydada təşkil olunacaq.

Yenisabah.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun ““Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla iki ay müddətində Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!