Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyən edilib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.
O sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə "əlavə qazanc, yüksək gəlir" adı altında fəaaliyyət göstərib. Toyuqlu pizza
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.
Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.
Telegram kanalımız