Bakıda taksilərin sayı 20 minə qədər azaldılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksilərin sayı 20 minə qədər azaldılacaq

Sosial

11 Mart 2024 13:39 665


"Bu gün mümkün vəsaitimiz var və bu vəsaiti daha yaxşı istiqamətlərə sərf etməyə çalışırıq".

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib: Pepperoni pizza

"Taksilərə münasibətdə bütün meyarlar NK-ya təqdim edilən taksilərə dair tələblər sənədində müəyyənləşib. Bu gün taksi avtomobillərinə və sürücülərə qarşı tələblər orada yer alıb. Yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər. Bu eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. İctimai nəqliyyatda sürücü çatışmazlığımız var, yük daşıyıcılar arasında da sürücü ehtiyacımız var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!