Bakıda təcili eniş edən təyyarə yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda təcili eniş edən təyyarə yola düşdü

Maraqlı

29 May 2023 10:59 974


"Britiş Eyrveys" (British Airways) aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. "Boinq 787" (Boeing 787) təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib. Pepperoni pizza

Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb.

"Britiş Eyrveys" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!