Bakıda təcili yardım qəza edib: Sürücü xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda təcili yardım qəza edib: Sürücü xəstəxanaya yerləşdirildi

Hadisə

12 Fevral 2022 17:58 764


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda təcili yardım avtomobilinin aşması ilə bağlı məlumat yayıb.

İdarənin baş inspektoru Araz Əsgərli Trend-ə bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

"Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin aşması nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb. pizza mizza

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə zamanı sürücü avtomobildə tək olub", - deyə A.Əsgərli bildirib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!