Bakıda tələbə dəm qazından öldü   - Ən yüksək bal toplayanlardan biri imiş...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tələbə dəm qazından öldü - Ən yüksək bal toplayanlardan biri imiş...

Hadisə

26 Dekabr 2021 22:56 1124


Bakıda dəm qazı daha bir can alıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından zəhərlənərək vəfat edib.

22 yaşlı gənc bu universitetdə MBA üzrə magistratura təhsili alırmış. Pepperoni pizza

E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.

O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək, 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.

Həmçinin, 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!