Bakıda tozlu hava şəraiti qalmaqdadır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tozlu hava şəraiti qalmaqdadır

Sosial

03 Sentyabr 2024 10:11 319


Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova avtomatik stansiyalardan əldə olunan məlumata əsasən bildirib ki, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”. Pepperoni pizza

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!