Bakıda üç nəfər bıçaqlandı - Polis canini axtarır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda üç nəfər bıçaqlandı - Polis canini axtarır

Kriminal

19 Dekabr 2022 09:14 841


Bakıda üç nəfərin bıçaqlanması ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Hacıyevin öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!