Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanıldı

Hadisə

21 Fevral 2022 18:39 941


Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O, bildirib ki, saxlanılan 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib. Pepperoni pizza

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir"- deyə E.Hacıyev qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!