Bakıda xəttə 24 saat işləyən avtobuslar buraxılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xəttə 24 saat işləyən avtobuslar buraxılacaq?

Sosial

10 Aprel 2020 17:24 926


Bakıda xəttə 24 saat işləyəcək ekspress avtobusların buraxılması istisna edilmir. 

Yenisabah.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Agentlik epidemioloji vəziyyətə, hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edib. Hazırda həyati əhəmiyyətli obyektlərin, xüsusilə də ərzaq mağazalarının və apteklərin gündəlik nə qədər işçilərinin işə getdiyini araşdırırıq. Ola bilsin ki, 24 saat xidmət göstərən ekspress xətlər fəaliyyətə başlasın və yaxud sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bununla bağlı yekun qərarı Operativ Qərargah verəcək", - o qeyd edib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!