Bakıda yaşayış binasında güclü partlayış oldu,   ölən var - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasında güclü partlayış oldu, ölən var - Yenilənib

Hadisə

02 Yanvar 2023 16:28 4607


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Dördpendirli pizza

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

DİN-in mətbuat xidmətindən isə bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

***

Bakıda hündürmərtəbəli binada partlayış olub.

Yenisabah.az xəbər verir ki, hadisə 4 mikrorayon ərazisində yerləşən 18 mərtəbəli binada baş verib. 

Hadisə yerinə yanğınsöndürən maşınlar gəlib. Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!