Bakıda yaşayış binasında partlayış:   Yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasında partlayış: Yaralanan var

Hadisə

25 Oktyabr 2022 14:50 893


Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub. Pepperoni pizza

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin hamam otağında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində 1950-ci il təvəllüdlü Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!