Bakı şəhəri, Füzuli küçəsində dörmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Əlavə məlumat veriləcək. pizza mizza
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən dörmərtəbəli yaşayış binasında yanğın olması barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Məlumat qəbul ediləndən sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək. pizza mizza
Telegram kanalımız