Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 milyon manat ayrıldı

İqtisadiyyat

22 İyul 2025 14:43 1616


Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bununla bağlı Türkiyənin “Yüksel Proje” şirkəti ilə milyonlarla manat dəyərində müqavilə bağlayıb.

Müqavilədə Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B5−B8 stansiyaları üçün tunellərin və stansiyaların tikintisinin, Yaşıl və Qırmızı xətlərin ayrılması və eləcə də “İçərişəhər” stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının tikintisi layihələndirilməsi üzrə işlərinin satınalınması nəzərdə tutulur. pizza sifarişi

“Bakı Metropoliteni”nin tikinti layihələndirilməsi ilə bağlı “Yüksel Proje” şirkəti ilə bağladığı müqavilənin dəyəri 35 milyon 400 min manat müəyyənləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!