Bakıda yük avtomobilinin yolda qalması nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Yeni Sabah”a məlumat verilib.
Bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasazlıq səbəbindən hərəkət hissəsində qalıb. Nəticədə prospektin mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. pizza
Hazırda ərazidə polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
***
8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb.
Hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Aytac Əliyeva
Telegram kanalımız