Bakıda zəhərlənərək ölən qızlarla bağlı universitetdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda zəhərlənərək ölən qızlarla bağlı universitetdən AÇIQLAMA

Hadisə

10 Yanvar 2020 08:15 1087


Bakıda yanğın zamanı tüstüdən ölən üç əcnəbi vətəndaş Qərbi Kaspi Universitetinin universitetin hazıqlıq qruplarında təhsil alıblar. 

"Yeni Sabah" bildirir ki, bunu Oxu.Az-a açıqlamasında universitetin mətbuat katibi Vüsal Məmmədov bildirib.

Onun sözlərinə görə, tələbələrdən biri artıq kursu bitirmək üzrə idi: Dominos pizza

“Tələbələr universitetin ingilis dili kursunun dinləyiciləridir. Onlar universitetə qəbul olunmaq üçün hazırlıq qrupları kurslarında təhsil alırlar. Bu, bir illik hazırlıq kurslarıdır. Universitet onların mənzil seçiminə müdaxilə etmir. Tələbərdən biri artıq kursu bitirib. Sonradasn başqa viza ilə ölkəyə yenidən gəlib. Digər ikisinin isə bir neçə aya kursu bitəcəyi planlaşdırılırdı”.

Qeyd edək ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın baş verib.

Hadisə zamanı mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan üç qız zəhərlənərək ölüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!