Bakıda zəlzələ qorxusu:   “Qadın uşağı evdə atıb çölə qaçmışdı...”

saytların hazırlanması

Evə çatdırılma

Bakıda zəlzələ qorxusu: “Qadın uşağı evdə atıb çölə qaçmışdı...”

Sosial

22 Fevral 2023 16:41 1558


Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycan vətəndaşlarının da psixoloji durumunda iz qoyub. Bəziləri yuxularının ərşə çəkildiyini deyir, digərləri yatağa üst geyimlə girirlər.

Bu qorxuya necə qalib gəlmək olar?

Yenisabah.az-a danışan həkim-psixiatr Azad İsazadənin fikrincə, məhz zəlzələyə hazırlıqsız olma insanlarda zəlzələ təşvişi yaradır: Dördpendirli pizza

“Hər bir qorxu sonda psixi pozuntuya gətirib çıxara bilər. Fərq eləmir bu nə qorxusudur, realdır, yoxsa qeyri-real. 

Pandemiya vaxtı o qədər vəsvəsə keçirən insanla rastlaşmışıqsa, təsəvvür edin, zəlzələ zamanı nə qədər qorxu, həyəcan keçirən adamlar olub. Qorxu yaranmasın deyə, profilaktik işlər, insanlarla söhbət, təbliğat aparılmalıdır.

Sözsüz ki, mətbuatda Bakıdakı yeni tikililərin yoxlanılması ilə bağlı məlumat getsə, yaxud hansı zonaların daha təhlükəli olduğu deyilsə, insanlar biləcək ki, nə baş verir, yaxud baş verə bilər, yəni buna hazırlıqlı olacaqlar.

Xüsusən, insanlara zəlzələ vaxtı nə etmək lazım olduğu ilə bağlı məlumatlar verilməlidir, çünki insan məlumatsız olduqda fövqəladə hadisə zamanı təşvişə düşür, bəzən qeyri-adekvat qərarlar verir”.

A. İsazadənin sözlərinə görə, maariflənmiş insanlar təbii fəlakət anında dəhşətli təlaş keçirmir:

“2000-ci ildə Bakıda zəlzələ olanda yanıma bir pasiyent gətirərək məndən müayinə etməyimi istədilər. Həmin xanım yenicə dünyaya övlad gətirmiş ana idi. Zəlzələ vaxtı qadın uşağı evdə atıb özü çölə qaçmışdı. Həmin anda olan hərəkətinə ad verə bilmirdi. Affekt vəziyyətində olub, çölə çıxandan bir müddət sonra başa düşüb ki, övladını evdə qoyub. Daha sonra uşağı evdən çıxarmışdı.

Valideynləri xanımı yanıma gətirmişdi ki, yoxlayım. Deyirdilər başı xarab olub. Amma bu hər hansı psixi problemi yoxudu. Vəsvəsə keçirdikdə bəzən belə qeyri-adekvat hərəkətlər edirik. Ona görə mütləq əvvəlcədən məlumatlı olmalıyıq, həmin anda özümüzü itirməməliyik”.

A.İsazadə qeyd edib ki, bu cür hadisələr haqda mütləq mütəxəssislər danışmalı və cəmiyyəti hazırlamalıdırlar:

“Bu gün sosial şəbəkələrdə zəlzələ anını əks etdirən çox sayda görüntülər paylaşılır. Bu kiməsə pis təsir edəcək, kiməsə maraqlı gələcək, kim isə neytral baxacaq. Bu insandan insana dəyişən bir şeydir. Başa düşməliyik ki, sosial şəbəkələr idarə olunmayan məlumat yayımçılarıdır. Hansısa sosial şəbəkədə videoya qadağa qoyulsa, o başqa bir şəbəkədə paylaşılır, bunun qarşısını almaq qeyri-mümkündür. Sadəcə insanlar başa düşməlidir ki, bu reallıqdır və biz bu reallıqla yaşamağı bacarmalıyıq”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!