Bakıda 18 yaşlı qız intihara cəhd edib.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.
2004-cü il təvəllüdlü E. Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb. Dominos pizza
İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və buna görə həyatına son qoymaq istəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız