“Bakıdakı bütün evlər mənimdir” - Mahsun Qırmızıgül

saytların hazırlanması

Evə çatdırılma

“Bakıdakı bütün evlər mənimdir” - Mahsun Qırmızıgül

Şou

14 May 2024 22:27 1271


Türkiyəli müğənni Mahsun Qırmızıgül Azərbaycana gəlib. 

Axşam.az xəbər verir ki, sənətçi hava limanında junralistlərin "Bakıdan ev almaq fikriniz varmı" sualına belə cavab verib: 

"Bakıdakı bütün evlər mənimdir. Anamın doğulduğu bölgədə hələ də otel yoxdur. İnsanlar kimdən otel soruşsa, onu evlərinə aparıb qonaq edərlər. Mən də Bakıda özümü belə hiss edirəm. Ona görə də mənim Azərbaycanda gedəcək qapım çoxdur. Kimə desəm ki, məni evinə apar, bilərəm ki, qonaq edər. Ona görə də sizin hamınızı çox sevirəm".  Dominos pizza

Qeyd edək ki, sənətçi 17 və 18 mayda Bakı Konqres Mərkəzində konsert verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!