Bakı–Tbilisi qatar reysi ilə səfər edəcək sərnişinlərdən minik zamanı biletlə yanaşı bir sıra sənədlərin təqdim olunması tələb edilir.
Bu barədə "Yeni Sabah"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Qaydalar aşağıdakı kimidir: Toyuqlu pizza
Ümumvətəndaş pasportunun əsli (mygov platformasından əldə olunan rəqəmsal versiya keçərli deyil)
Gürcüstan tərəfinin tələblərinə uyğun sağlamlıq sığortası
5 yaşadək uşaqlar üçün adına rəsmiləşdirilmiş pulsuz bilet
Bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz səfər edən uşaqlar üçün isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi
Sərnişinlərdən sənədləri əvvəlcədən hazır etmələri və özləri ilə gətirmələri xahiş olunur.
Qeyd edək ki, Bakı–Tbilisi qatarı bu gün saat 23:10-da ilk reysini həyata keçirəcək.
Aytac Əliyeva
Telegram kanalımız