Bakının bəzi küçələrinə içməli suyun verilişi dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakının bəzi küçələrinə içməli suyun verilişi dayandırıldı

Sosial

17 Noyabr 2022 19:17 783


Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində fasilə yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilib ki, qəzaya görə Aşıq Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çingizxan Kərimov, Qədir Məmmədov, Məhsəti, Sadıqcan, Polad Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhmədli, 7-ci Əhmədliyə içməli suyun verilişi dayandırılıb. pizza hut

Hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!