Bakının bu əraziləri tezliklə   PLANA DÜŞƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Sosial

26 Aprel 2024 21:49 5694


Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir.

Hit.az-ın araşdırmasına əsasən məlum olub ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxil edilib. Həmin ərazilərdə Dənizkənarı Bulvarın salınması planlaşdırılır.

Bakı şəhərinin baş planına əsasən, tikinti-söküntü işlərinə 2026-cı ildə başlayacaq, 2030-cu illərdə işlər yekunlaşdırılacaq. pizza mizza

Qeyd edək ki, həmin ərazilər 20 il öncə plana tabe tutulub və ərazidəki evlərin bir hissəsi köçürülüb.

Lakin köçürülmüş evlərin yerində zavod tikilib.

“Elektrotop” qəsəbəsində yerləşən Energetika zavodunun söküntü işlərinə bir neçə il əvvəl başlanılıb. Zavod Səngəçala köçürülür. Zavodun tam olaraq sökülməsi başa çatdıqdan sonra ərazidəki evlərlə bağlı işlərə başlanacaq.

Qeyd edək ki, sözügedən ərazidə 4 minə qədər sənədsiz ev tikilib və əhalinin sıx məskunlaşdığı yaşayış massividir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!