Bakının bu ərazisi söküləcək - Vətəndaşlara   KOMPENSASİYA VERİLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisi söküləcək - Vətəndaşlara KOMPENSASİYA VERİLƏCƏK

Sosial

02 Noyabr 2023 18:27 34836


Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. 

Bayıl və 20-ci Sahə arasındakı massivlər plandadır. Uzun müddətdir ki, Dövlət Neft Şirkətinin balansında olan bu ərazilərdə tikilən evlərin söküləcəyi müzakirə olunurdu. Ancaq layihənin icrasına başlanmırdı. Məlumata görə, Bayılın abadlaşdırılması, iri layihələrin həyata keçirilməsi, Milli Parkın sözügedən istiqamətə genişləndirilməsi plandakı tikililərin söküntüsünü də aktuallaşdırıb.

Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.az-a bildirib ki, həmin ərazi sürüşmə zonasında olduğu üçün köçürülüb yenidən qurulması vacibdir: Marqarita pizza

“Səbail rayonunun 20-ci sahə adlanan ərazisi həm şəhərin giriş hissəsidir, həm də həmin ərazilər nisbətən sürüşmə zonasındadır. Təqribən 30-40 il bundan əvvələ qədər həmin ərazilərdə daha çox şam ağacları əkilmişdi ki, şam ağacları da təbii ki sürüşmənin qarşısını alır. Eyni zamanda həmin əraziyə yaxın yerlərdə mütamadi olaraq sürüşmələrin baş verməsini müşahidə edirik. O baxımdan bu ərazinin köçürülməsi həm şəhərin xarici estetik gözəlliyinə bir gözəllik qata bilər”.

Ekspert bildirib ki, vərəndaşların həmin ərazidəki əmlaklarının böyük əksəriyyətinin çıxarışı yoxdur və çıxarış olmadığına görə o ərazilərdəki əmlakların satış dəyəri elə də baha qiymətə dəyərləndirilmir. Onun sözlərinə görə, vətəndaşlara ödənilən kompensasiya daha yaxşı mənzil alamağa kifayət edir: “Buna görə də o ərazilərin sökülərək parka və yaxud hansısa bir yaşayış məntəqəsinə çevrilməsi həm o ərazidə yaşayan vətəndaşlar üçün daha yaxşı olar. Başqa bir tərəfdən artıq yeni parkların salınması və yaxud hər hansı inzibati binların tikilməsi elə bir formada aparılacaq ki, o ərazilərdə gələcəkdə sürüşmə baş verərsə, artıq heç bir fəsad verməsin”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ESMIRA
    Bayıl Buxta kucəsində oluruq evimiz bərbad halda qəzalı vəziyyətdə.Birazda qalsaq ev ucacag .Xaiş edirəm qurumlar kömək etsin.6dəfə şikayətiniz olubFHN ə
    2 years ago
  • Toma x
    Kubinka hacana sokulecek. Deyirsiz emel etmirsiz
    3 years ago
  • Firengiz
    Salam. Ünvan düzgün qeyd olunmayıb. Yüzbaşı yox,Yüzbəy mürsəlov.
    3 years ago
  • Nurlana
    Salam,men Nurlana Baxişaliyeva Terlan qizi.Sabunçu rayonun Ramana kendi 43 medende yaşayiriq.evler pis gundedi neft erazisi.sokulecek plandadi.neçe defe gelib baxirlar amma ortada heçne yoxdu.evimizin qabağonda 2mertebeli kohne bina var para ortadan bolunub artiq uçur.her an uça biler,heyetimizden neçe yerden neft qaynayb axr.xahiş edirem tez bir zamanda bu mesele hell edilsin artiq bezmişik
    3 years ago
  • Elvin
    Heyeti tikmek olar tez bazar?
    3 years ago
  • Elvin
    Heyeti tikmek olar tez bazar?
    3 years ago
  • Perviz
    Bu sohbet 30ildi gedir, ortada bir shey yoxdu. Melumat haradandir?
    3 years ago