Bakının bu hissəsində hərəkət TAM DAYANDIRILIR -   Tarix və saat AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu hissəsində hərəkət TAM DAYANDIRILIR - Tarix və saat AÇIQLANDI

Sosial

04 Sentyabr 2026 13:35 54


Sentyabrın 4-dən etibarən Bakının əsas yollarından birində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Yeni Sabah xəbər verir ki, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. pizza sifarişi

Həmin müddət ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə tənzimləmə işləri aparılacaq.

DYP sürücüləri yaranacaq müvəqqəti məhdudiyyəti nəzərə almağa, ərazidə müəyyən edilmiş qaydalara riayət etməyə və yol hərəkəti təhlükəsizliyinə diqqət yetirməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!