Valideyn ölür, kredit borcu qalır: Övladlar ödəməyə məcburdurmu?

saytların hazırlanması

Evə çatdırılma

Valideyn ölür, kredit borcu qalır: Övladlar ödəməyə məcburdurmu?

Sosial

29 Noyabr 2026 10:33 182


Valideyn vəfat etdikdən sonra övladları bəzən onun sağlığında götürdüyü kredit borcu ilə üzləşirlər. Bəzi hallarda banklar mərhumun övladlarından borcun ödənilməsini tələb edir. Bu isə ailələrdə haqlı suallar yaradır: Valideynin kredit borcu övladın üzərinə qala bilərmi? Mərhumdan heç bir miras əmlak qalmayıbsa, övlad yenə də həmin borcu ödəməlidirmi?

Vəkil Babək Həmidov “Yeni Sabah”a açıqlamasında bildirib ki, insan vəfat etdikdə ondan qalan əmlakla yanaşı, borcları da miras sayılır. Ancaq bu borcları yalnız mərhumun mirasını qəbul edən şəxslər ödəməlidir:

“Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, şəxs vəfat etdikdən sonra onun miras əmlakı ilə yanaşı, borc öhdəlikləri də qala bilər. Yəni mirasa həm aktivlər, həm də passivlər – kreditor borcları daxildir. Elektronika məhsulları

Lakin həmin borcların ödənilməsi mirası qəbul etmiş vərəsələrdən tələb oluna bilər. Belə ki, vərəsə miras əmlakı faktiki və ya hüquqi qaydada qəbul etdikdə, bununla yanaşı, mərhumun borc öhdəliklərinə görə də məsuliyyət daşıyır.

Başqa sözlə, miras əmlakı kimin mülkiyyətinə keçirsə, həmin şəxs də qəbul etdiyi mirasın dəyəri həddində mərhumun borclarına görə məsuliyyət daşıyır.

Əgər mərhumdan miras əmlak qalmayıbsa və vərəsələrin mülkiyyətinə hər hansı əmlak keçməyibsə, həmin borcların vərəsələrdən tələb edilməsi üçün hüquqi əsas yaranmır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!