Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

Sosial

20 Fevral 2026 20:31 566


Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Belə ki, 20 fevral saat 23:00-dan 23 fevral saat 08:00-dək Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində (Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Dominos pizza

Eyni zamanda, 21 fevral saat 08:00-dan 23 fevral saat 22:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri, həmçinin zərurət yarandıqda alternativ yollardan istifadə etmələri xahiş olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!