Bakının iki rayonun qazı KƏSİLƏCƏK 

saytların hazırlanması

Evə çatdırılma

Bakının iki rayonun qazı KƏSİLƏCƏK 

Sosial

10 May 2024 09:18 453


Bu gün Bakının Binəqədi və Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi və Xocasən qəsəbəsində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə mayın 10-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Toyuqlu pizza

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!