30 Sentyabr - 00:08
Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür

Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür

Xalqın səsi

15 Avqust 2022 11:39 2608


Abşeron rayonu Məmmədli qəsəbəsinin sakinləri illərdir su üzünə həsrət qalıblar.

Manset.az-a müraciət edən sakinlər bildirir ki, “Azərsu” ASC qəsəbəyə üç gündən bir içməli su verir. Suyun verilişi isə bir neçə saat davam edir. Sakinlər sudan tam istifadə edə bilmirlər. İsti yay aylarında suyun belə gec verilməsi istehlakçılara problem yaradır. 

Ərazidə yaşayan sakinlər problemlə bağlı dəfələrlə “Azərsu” ASC-nə müraciət etsələr də heç bir tədbir görülmür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!